USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Kimsə çıxsın insanlardan bu narahatlığa görə üzr istəsin”

23.04.2020 İqtisadiyyat
0 0
Bizdə xidmət təşkilatları və müştəri arasında imtiyaz, hüquq və öhdəliklər birtərəflidir.

Müştərinin yalnız öhdəliyi var - xüsusilə də rabitə xidmətlərinə münasibətdə istehlak eləmədiyi xidmətin haqqın əvvəlcədən ödəməlidir, ödəməsə ən gec ayın ilk həftəsində internetini də, telefonunu da şəbəkədən ayırırlar.

Müştərini xətdən ayırmaq isə rabitə şirkətlərinin hüququdur.

Bu şirkətlər isə yalnız hüquqlara malikdir - xətt kəsmək, müştərini telefonsuz və internetsiz qoymaq hüququna.

Dövlət rabitə şirkətlərinin bu hüquqdan başqa hələ imtiyazları da var - sərmayə qoymaq üçün nə qədər paraya ehtiyacı varsa dövlətin büdcəsindən (yenə xalqın cibindən) qoparmaq.

Bəs keyfiyyətsiz xidmətə görə öhdəlik, cəza, sanksiya olmamalıdırmı?

Normalda olmalıdır - amma seçkili demokratiyanın olduğu, vətəndaşın idarəetməni səs verib dəyişə bildiyi, belə idarəetmənin sayəsində formalaşan müstəqil məhkəmənin olduğu mühitdə.

Hələlik biz belə xoşbəxtliyə sahib olmadığımızdan vətəndaşı evində, sahibkarı müəssissəsində 24 saat internetsiz qoyan rabitə şirkətlərinə heç bir sanksiya da olmayacaq, belə gözləntimiz də olmasın.

Amma heç olmazsa kimsə çıxsın insanlardan bu narahatlığıa görə üzr istəsin.

Bir də Rabitə Nazirliyinin rəsmisi kimi çıxıb yalan danışmasın - mediaya "heç bir problem yoxdur" deməsin. Yalanın belə ağını görmək cansıxıcı karantin günlərində insanların gərilmiş əsəblərini inanılmaz dərəcədə pozur...

Rövşən Ağayev

İqtisadçı