USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirus Azərbaycanda avtomobil bazarını da "vurdu" - VİDEO

28.04.2020 İqtisadiyyat
0 0
Koronavirus epidemiyasının vurduğu zərər avtomobil satış mərkəzlərindən də yan keçməyib.

"Kommersant.az" xəbər verir ki, artıq bu gündən bu xidmət sahəsi də əvvəlki kimi öz fəaliyyətini bərpa edib. Ancaq avtomobil satış mərkəzləri hazırkı vəziyyətdə olan qiymətlərdən gileylənirlər.

Satış nümayəndələrinin sözlərinə görə, vəziyyət o həddə çatıb ki, avtomobillərin bir çoxu maya dəyərinə satılır.

Avtosalonlardan verilən məlumata görə, avtomobillərin qiymətinə təsir edən amillərdən biri də, ölkə sərhədlərinin bağlı olmasıdır.

Belə ki, hazırda ölkəyə avtomobil idxalına qoyulan məhdudiyyət hələ də aradan qaldırılmayıb.

Baku Tv-nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

  • Əvvəlki

    “Səba”nın külli miqdarda kredit borcları var: şirkət ciddi maliyyə çətinlikləri yaşayır

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0