USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Xəzər”dən 7 operator çıxarıldı

29.04.2020 İqtisadiyyat
0 0
“Xəzər” televiziyasında kütləvi işdən çıxarılmalar davam edir.

"Kommersant.az" xəbər verir ki, "Pravda.az"ın əldə etdiyi xəbərə görə, televiziyanın Xəbərlər və Proqramlar departamentlərindən, ümumilikdə, 7 operator çıxarılıb.

Bunlar Nicat Haqverdiyev, Sarvan Allahverdiyev, Emin, Heydər, Cabbar, Şünasib və Şahin adlı operatorlardır.

Bəzi jurnalistlərin də işdən azad ediləcəyi bildirilir.

Xatırlatma: Bir neçə gün öncə, başlayan işdən çıxarılmalar əsasən Maliyyə və Reklam departamentlərini əhatə edib. Belə ki, Maliyyə departamentinin rəisi Rəhman, baş mühasib Amil Məmmədov, Cəbrayıl Alışov və digərləri vəzifələrindən azad ediliblər. Reklam departamentinin də bəzi əməkdaşları işdən çıxarılıblar.

Qeyd: SOCAR-ın təsisçiliyi ilə yaradılan "SOCAR Media" İctimai Birliyi martın 5-də "Xəzər TV" MMC-nin təsis paylarını alıb. Sonra isə televiziyaya icraçı direktor Xalq artisti Murad Dadaşov təyin edilib. "Xəzər TV"-nin əvvəlki rəhbəri Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli olub.

  • Əvvəlki

    Bakı metrosu fəaliyyətini bərpa edəndən sonra belə işləyəcək

Digər xəbərlər