USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

”KredAqro” BOKT MMC vətəndaşları belə - ALDADIR

24.04.2026 İqtisadiyyat
0 0
”KredAqro” Bank Olmayan Kredit Təşkilatı (qısaca - BOKT) vətəndaşlara yalan danışmağa davam edir.

Kommersant.az xəbər verir ki, sözügedən şirkət mart ayından etibarən "3 gün ərzində fəaliyyətini bərpa edəcək" desə də, vədini yerinə gətirmir. BOKT-la danışmağa cəhd göstərsək də, nə fayda. Şirkət rəsmiləri ancaq "Narahat olmayın, açılacaq"dan başqa bir şey demir. Əslində bu, qeyri-peşəkar açıqlamadır. Adama deyərlər ki, "ay qardaş, mən niyə narahat oluram? Siz narahat olun. İnsanlar bizim yox, sizin qapınıza yığışıb".

Tənzimləyici qurum olan Azərbaycan Mərkəzi Bankı (qısaca - AMB) şirkətə demir və ya deyə bilmir ki, "ya 3 günlük mesajı yeniləyərək ən qısa zamanda yaz, ya da 3 gün sözünü müvəqqəti fəaliyyət göstərmir" sözləri ilə əvəz et. AMB-nin şirkətin bu fəaliyyətinə nəzarət etməməsinə görə də "KredAqro" insanlara 3 gün vəd edib aldatma cəsarətini özündə görür. Bəlkə də AMB məsələ ilə bağlı addım atıb, "KredAqro" onları ciddiyə almayıb, bilmirəm.

Əgər şirkətin maliyyə vəsaiti bitibsə, bunun da normal açıqlamasını vermək mümkündür. Hətta "ağ yalan" danışmağına da kiminsə etiraz edəcəyini düşünmürəm. Məsələn, "texniki problemlər 1 ay ərzində öz həllini tapacaq və ya Sizə daya yaxşı xidmət göstərə bilmək üçün proqramımızı yeniləyirik, anlayışınız üçün təşəkkür edirik".

"KredAqro"nun mətbuatdan qaçaraq özünü dağ başına çəkmək yerinə, mətbuatla sıx əlaqədə olmasını tövsiyyə edir, fəaliyyətində uğurlar arzu edirik.

@odargani Bax və paylaş! Bu da sizə KredAqro. #iqtisadiyyat #bank #kredit #bokt #kredaqro ♬ orijinal ses - Odar Gani