USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda əksəriyyət bu mobil operatordan uzaqlaşır

05.05.2020 İqtisadiyyat
0 0
Daha yaxşı təklif axtarışında olmaq abunəçilərin öz mobil operatorlarını dəyişməsinin əsas səbəbidir.

"Kommersant.az" xəbər verir ki, "Buseness İnsight" mərkəzinin 1158 nəfər mobil operatoru arasında apardığı araşdırmaya görə, öz mobil operatorlarını dəyişənlər arasında"Azercell" abunəçiləri üstünlük təşkil edir.

Belə ki, mobil operatorunu dəyişənlərin (260 respondenti) 35.4%-i "Azercell"dən – "Bakcell"ə və 13.8%-i isə "Azercell"dən – "Nar"a keçdiklərini qeyd ediblər. "Azercell"i- başqa operatora dəyişənlər əsasən (128 respondentin 80%-i) gəlir səviyyəs aşağı olanlardır (29%-i gəliri olmayanlar, 51%-i gəlir 750 AZN-dən aşağı olanlardır). "Azercell"-i başqa operatorlara dəyişənlərə digər regionlara nisbətdə Bakı, Sumqayıt, Gəncə və xüsusilə Quba şəhərlərində daha çox rast gəlinir. Ümumiyyətlə isə operatorunu digər operatora dəyişənlər kişilər arasında daha çoxdur (kişilər 58%; qadınlar 42%). Bir operatordan digərinə keçid daha çox 26-35 yaş kateqoriyasında olan əhali qrupları arasında müşahdə olunur.

  • Əvvəlki

    Karantin rejimini pozan 275 sürücü saxlanıldı

Digər xəbərlər