USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Təhsil Nazirliyi ilə bağlı sərəncam imzaladı

06.05.2020 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncamda deyilir:

"1. Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.16.2-ci yarımbəndində "Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması" üçün nəzərdə tutulmuş 10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.