USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada daha bir nazir koronavirusa yoluxdu

06.05.2020 İqtisadiyyat
0 0
Rusiyanın mədəniyyət naziri Olqa Lyubimovaya koronavirus diaqnozu qoyulub.

"RİA Novosti" xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Anna Usaçova deyib

"Olqa Lyubimova distant işləyir. COVID-19 testinin sonucları pozitiv çıxıb. Nazir hazırda evdədir, videokonfrans rejimində işgüzar iclas keçirir, görüş və danışıqlarda onlayn formatda iştirak edir", – A.Usaçova bildirib.

Onun sözlərinə görə, nazir xəstəliyi yüngül keçirir, ona görə də xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, daha öncə Rusiyanın baş naziri Mixail Mişustin və inşaat naziri Vladimir Yakuşevə koronavirus diaqnozu qoyulub.

Xatırladaq ki, Rusiyada qeydə alınmış yoluxma hallarının sayı 166 000-ə çatır. Onlardan 21 327 nəfər sağalsa da, ölənlərin sayı 1 537-dir.

  • Əvvəlki

    Azərbaycanda koronavirusla bağlı mövcud durum - AÇIQLANDI

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0