USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tarif Şurasından metroda gediş haqqı ilə bağlı - AÇIQLAMA

15.05.2020 İqtisadiyyat
0 0
Son günlər Bakı metrosunda gediş haqqının qalxması ilə bağlı müxtəlif fikirlər səslənir.

"Kommersant.az"-ın xəbərinə görə, bununla bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov da açıqlama verib. Qurum rəsmisi bildirib ki, metropolitendə qiymət dəyişikliyi birbaşa olaraq Tarif Şurasının səlahiyyətində olan məsələdir.

Məsələ ilə bağlı Tarif Şurası ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda Bakı metrosunda gediş haqqının qaldırılması ilə bağlı müzakirə aparılmır:

"Bakı metrosunda gediş haqqının dəyişdirilməsi məsələsi hazırda müzakirə olunmur. Bu barədə Bakı metrosunun rəhbərliyindən Tarif Şurasına müraciət daxil olmayıb", - deyə qurumdan bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov jurnalistlərə açıqlamasında sərnişinin daşınma xərcinin 48-56 qəpik arasında dəyişə biləcəyini bildirmişdi. Sədrin sözlərinə görə, hazırda bu rəqəm 52 qəpiyə yaxındır.

Xatırladaq ki, Bakı metrosunda gediş haqqı 30 qəpikdir.Baku.ws