USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda təhsillə bağlı - MÜHÜM AÇIQLAMA

15.05.2020 İqtisadiyyat
0 0
X-XI siniflərdə peşə təmayüllü təhsil alan şagirdlər peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər.

"Kommersant.az"-ın xəbərinə görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

Onun sözlərinə görə, bu məqsədlə X-XI siniflərdə təhsil alan şagirdlər üçün peşə təmayüllü siniflər təşkil ediləcək. Burada mövcud əmək bazarı ehtiyacları nəzərə alınmaqla, müxtəlif peşə sahələrinə aid modullar tədris ediləcək:

"Həmçinin şagirdlər peşə təhsili müəssisələrinin təsərrüfat sahələrində və işəgötürən təşkilatlarda təcrübə səfərinə cəlb olunacaqlar. Bu siniflərin məzunlarına tam orta təhsil haqqında attestatla yanaşı, peşə istiqamətinin adı göstərilməklə sertifikat veriləcək və onlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər".Trend

  • Əvvəlki

    Əli Həsənovun fəaliyyəti ilə bağlı - SENSASİON AÇIQLAMA

Digər xəbərlər

03.05.2024 İqtisadiyyat
“Apple”ın gəlirləri azalıb
0 0
02.05.2024 İqtisadiyyat
Uberə qarşı 10 milyard 145 milyonluq iddia
0 0