USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rüstəm Usubov vəzifədən azad edildi - Yeni təyinatlar

21.05.2020 İqtisadiyyat
0 0
Baş prokurora yeni müavinlər təyin olunub.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elçin Məmmədov Baş Prokurorun birinci müavini təyin edilib.

Buna qədər Baş Prokurorun birinci müavini Rüstəm Usubov olub.

Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib.

N.Rəcəbov, həmçinin, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bu təyinatlara qədər Elçin Məmmədov Lənkəran, Elmar Camalov isə Mingəçevir şəhər prokuroru vəzifəsində çalışıblar. N.Rəcəbov isə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi olub.

  • Əvvəlki

    Milli Məclisin mayın 31-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Digər xəbərlər