USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Sərnişinlər anlamalıdır ki, sürücü hərəkət zamanı bunu edə bilməz...” - BNA

03.06.2020 İqtisadiyyat
0 0
"Bizim əsas məqsədimiz istər "BakuBus", istər də digər avtobuslarda sərnişinləri rahat daşımaqdır. Bunun üçün də avtobuslarımızda havalandırma, sərinləndirmə, isitmə sistemi də var. Əgər bu gün vətəndaş kondinsionerin işləməməsindən narahatdırsa, biz bu məsələyə baxıb onu həll edəcəyik”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri açıqlamasında BNA-nın mətbuat xitmətinin rəhbəri Mais Ağayev deyib. Mais Ağayev bildirib ki, onlara bu məsələ ilə bağlı müraciətlər dünəndən daxil olub:

"Bildiyimiz kimi, son iki gün istisna olmaqla, havalar sərin keçirdi, ona görə də avtobuslarda kondinsioner qoşmağa ehtiyac yox idi".

BNA rəsmisi deyib ki, avtobuslarda kondisionerlərin qoşulması prosesi iyun ayının 15-də başlayır:

"Bu günlərdə sərnişinlər sürücüləri kondinsionerləri qoşmaq üçün sıxışdırırlar. Amma onlar anlamalıdır ki, sürücünün hərəkətdə olan zaman kondinsioneri işə salması texniki baxımdan mümkün deyil. Kondinsionerlərin işə salınması üçün avtobuslar mütləq istehsal bazasına qayıtmalı, texniki baxışdan keçməlidir.

İstənilən bir məsələni əsaslandırıb hərəkət etmək lazımdır. Əgər görsək ki, avtobuslarda kondinsionerləri işə salmağa ciddi ehtiyac var, bunu edəcəyik. Məsələn, keçən yay mövsümündə havalar daha tez istiləşdiyindən 15 iyunu gözləmədən, may ayının sonlarında kondinsionerləri işə saldıq".

Qeyd edək ki, son günlərdə havaların isti keçməsi ilə bağlı avtobuslarda kondinsionerin qoşulmasını tələb edən sərnişinlərlə sürücülər arasında problem yaranıb.

Qaynarinfo

  • Əvvəlki

    Ötən il ÜDM-in real artımı nominal artımını üstələyib

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0