USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda varlılara qarşı qanun işə düşür - ŞƏRH

12.06.2020 İqtisadiyyat
0 0
"Bahalı ərazilərdə tikilən böyük villalardan daha yuxarı vergi dərəcələri tutulmalıdır”.

Bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov Azərbaycanda tətbiq ediləcək sərvət vergisindən danışarkən deyib. Onun sözlərinə görə, kimlərinsə bahalı və çox əmlakı varsa, onlara vergi tətbiq ediləcək:

"Prinsipcə, qismən də olsa, aksiz vergisi bu funksiyasını yerinə yetirir. Yəni, tütün məlumatları, alkoqol içkiləri və s. Ümumiyyətlə, aksiz vergisinin iki təyinatı var. Birincisi, insan üçün ziyanverici olan əmlaklar, ikincisi isə insanın həyatı üçün lazımsız olan qızıl-ziynət əşyaları, qiymətli metallar və s. İnsanlar qızıl alırsa, deməli, pulu çoxdur. Bunları vergiyə cəlb edirlər. İstəlinən halda aksiz vergisinin dərəcəsi artır. Sadəcə, Azərbaycanda başqa məsələlər var. Sərvət vergisi əslində bir neçə vergini əvəz edir. Aksiz vergisi, bundan başqa əmlak vergisi və torpaq vergisi var... Bunun dərəcələri hamı üçün eynidir".

Əkrəm Həsənov qeyd edib ki, vətəndaşların əmlakının yerləşdiyi məkandan və sahəsindən asılı olaraq hamı eyni vergi ödəyir:

"Yaxşı olardı ki, villalar, bahalı əmlaklardan daha yuxarı vergi dərəcələri tutulsun. Bu, həm dövlət büdcəsinin doldurulmasına, həm də dövlətin gəlirlərinin çoxalmasına xidmət edir. Və həmin vəsait kasıb təbəqələrə sərf oluna bilər. Bakının ən bahalı yerində kasıbın evi var, onun qonşusunda isə bahalı bir əmlak var, həyətində hovuzu, bağı, hətta at da saxlayır. Vergiyə gələndə hər ikisi eyni dərəcədə vergi ödəyir. Niyə? Bahalı əmlakların vergilərini artırmaq lazımdır. Qızıl alanda aksiz vergisi tutulur. Bahalı qızıl alanda isə aksiz vergisi daha da çoxalır. Əmlak və torpaq vergisində isə bu fərqləndirmə yoxdur, hamıdan eyni vergi tutulur. Yəni, bahalı əmlak sahiblərindən daha çox vergi tutulmalıdır. Bunu etməyə ehtiyac var".

  • Əvvəlki

    10 rayona yeni rəis təyin edildi

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0