USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu kənddə 26 sakində koronavirus aşkarlandı

16.06.2020 İqtisadiyyat
0 0
Cəlilabad rayonunun 5 kəndində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunur.

"Kommersant.az" "Report"a istinadla xəbər verir ki, bunlar Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar kəndləridir.

Qeyd olunan ərazilər arasında ən çox yoluxma hallarının Ağdaş kəndində olduğu bildirilir. Məlumata görə, bu kənddə 26 nəfərdə koronavirus aşkar edilib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları bu kəndlərdə olublar. Sakinlərdən yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar yaxma analizləri götürülüb.

Qeyd edək ki, bir müddət öncə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası koronavirus xəstələrinin müalicə olunduğu xüsusi rejimli xəstəxanaya çevrilib.

  • Əvvəlki

    Mehriban Əliyeva Bəhram Bağırzadə ilə bağlı paylaşım etdi, xalqa səsləndi - FOTO

Digər xəbərlər