USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mehriban Əliyeva Bəhram Bağırzadə ilə bağlı paylaşım etdi, xalqa səsləndi - FOTO

16.06.2020 Sosial
0 0
"Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edir. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm. Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik. Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbr versin".

"Kommersant.az" xəbər verir ki, bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Instagram” səhifəsində yer alıb.

"Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm. Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun. Uca Allah hamıya cansağlığı nəsib etsin" - M.Əliyeva əlavə edib.

View this post on Instagram

Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edirlər. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm. Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik. Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbr versin. Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm. Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun. Uca Allah hamıya cansağlığı nəsib etsin. ⠀ Знаю, что очень много наших сограждан в эти дни молятся за здоровье Бахрама. Прошу Всевышнего послать сил и помочь ему справиться с болезнью. Врачи делают все возможное для его спасения. Надеюсь и верю, что Бахрам поправится и мы продолжим вместе работать над всеми нашими проектами и идеями. Бог в помощь каждому, кто борется с болезнью. Сил и терпения близким и родным. Низкий поклон нашим врачам и всем медицинским работникам. Прошу каждого, осознайте серьезность и опасность этой болезни. Берегите себя, своих родных, близких. Ниспошлет Великий Аллах всем здоровья.

A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) on Jun 16, 2020 at 5:29am PDT