USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fazil Mustafa: “ETİBARSIZ və cahil insanlara zərrəcə sayğım olmaz”

19.06.2020 İqtisadiyyat
0 0
Son vaxtlar müşahidəm onu göstərir ki, hər nə mövzuda müstəqil fikrimi söyləyirəmsə virtual məkanda doluşmuş vətəndaşlarımızın qəlbinə dəyir.

Əlbəttə, bu mənim fikirlərimdən, sözlərimdən qaynaqlanan bir durum deyil, həmin qəlblərin hədsiz kövrəkliyindən irəli gəlir. Hərdən düşünürəm ki, bu il 30-dan artıq faydalı kitabları mütailə etdikdən sonra barəsində maraqlı bilgilər paylaşmışam. Görəsən bu qədər qəlbi kövrək insanların beyinləri də eyni qaydada işıqlıdırmı? Mənim paylaşdığım kitablar nədən indiyədək bu adamların beyninə dəymir? Yaxud həyatımızın maraqlı problemlərinə aid yazdığım onlarla məqalələr onların beyinlərinə niyə dəymir? Dünyagörüşləri üçün faydalı olan bu kitablar barədə bilgiləri, yazılarımızı nədən eyni həvəslə paylaşmırlar? Ancaq dedi-qodu səviyyəsində xüsusi yönləndirmə ilə mətndən çıxarılmış sözləri kütləvi çəkildə nədən paylaşırlar? Yalandan adımdan sitatlar paylaşıb, təhqir olunduqlarını dilə gətirənlər, yazdığımın mahiyyətinə varmadan şəxsimə qarşı tərbiyəsizlik edənlər bəlkə bu barədə də düşünələr. Azərbaycanda ağlı başında olan kimsə bizim hansısa mövzuda məntiqsiz və ya əsassız danışdığımızı, yazdığımızı söyləyə bilməz. Nə iqtidarda, nə də qaragüruh içində hansısa qüvvə istənilən mövzuda mənim müstəqil düşüncəmə müdaxilə edəcək hansısa davranış sərgiləyə bilməz. Bu durumda küyə gedərək dostluğuma layiq olmadığını ortaya qoyan insanlardan qurtulmağıma inanın ki, xeyli məmnunam. İqtidarda ol, müxalifətdə ol, mənim üçün fərq etməz, sadəcə etibarsız və cahil olma, yetər. Etibarsız və cahil insanlara zərrəcə sayğım olmaz. Özünüz də görüdünüz ki, haqlı olduğumda kimsənin qarşısında geri çəkilmək xarakterimə uyğun deyil. Son günlərin bütün məsələlərinə baxışımda, yanaşmamda haqlıyam və bu küy yatışandan sonra çoxunuz həmişəki kimi bunu etiraf edəcəksiniz. Bu arada ziyalı adlanan bir çox insanların da etibarsızlığını müşahidə etdim və onlara qarşı münasibətimdə də köklü dəyişikliklər olacaqdır. Qaragüruhla eyni mühakiməni bölüşən ziyalı artıq ziyasını itirmişdir demək. Mənim həyatda ən ibrətamiz hesab etdiyim bir həyat nümunəsi var sevimli Peyğəmbərimizin obrazında. Bu nümunəni Hz. Əbubəkr yaratmış. Quran nazil olanda və Allahın elçisi olduğunu bəyan edəndə Hz. Məhəmmədə müşriklər şübhə ilə yanaşırdılar. "Məhəmməd deyir ki, o, Allahın elçisidir" deyə müşriklər Hz.Əbubəkrdən soruşanda o tərəddüdsüz cavab verirdi: "O söylədisə, doğrudur". Bu bir insanın ömür yoluna və əxlaqına güvənin ifadəsi kimi tarixdə qalıb. Bu proseslərdə məhz Hz. Əbubəkr məntiqi ilə şəxsimizə dəyər verən dostları da bir daha tanımış oldum, onların böyük bir qaragüruh kütləsi qarşısında göstərdikləri fədakarlığı yüksək qiymətləndirirəm. Sonra bu kişiləri adbaad açıqlayacağam, bunlar qaragüruhun yaratdığı tozanaqda ərdəmli davranışlarından geri durmadılar, mənim dostluğumun dəyərini doğru qiymətləndirdilər. Dostlar, ölkədə hər cür hadisələr baş verə bilər, pandemiyanın yayıldığı dövrdə ölkədə qarışıqlıq yaratmağa, sosial şəbəkədə kiçik bir narazılıqdan ajiotaj yaratmağa, dövlətimizin bu çətin vaxtında vətəndaş itaətsizliyi göstərməyə haqqımız yoxdur. Bu dövlət gəmimiz pandemiya fırtınasından sağ-salamat qurtarsın, ondan sonra hərə öz cəbhəsinə qayıdar, indi əsas hədəf sahilə az itkilərlə çıxmaqdır.

  • Əvvəlki

    İnternet niyə yoxdur? - RƏSMİ AÇIQLAMA

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0