USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda və digər bölgələrdə yaşayan Naxçıvan sakinlərinin Nəzərinə

24.06.2020 İqtisadiyyat
0 0
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

İyun ayının 26-dan etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlər vaxtı bitmiş, itirilmiş, yaxud istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini yenisi ilə əvəzləyə biləcəklər. Məlumatda deyilir:

"2020-ci il iyun ayının 26-dan etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlər vaxtı bitmiş, itirilmiş yaxud istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi üçün Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində növbəti dəfə fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşlarına müraciət edə bilərlər.

Sakinlərdən göstərilən ünvanda müraciət zamanı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 Pandemiyası ilə əlaqədar qəbul etdiyi qərarlara ciddi riyaət etmələri xahiş olunur".

  • Əvvəlki

    4 il 6 ay öncə itkin düşən daha bir neftçinin meyiti tapıldı: Bu gün dəfn ediləcək

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0