USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AccessBank" -ın faiz göstəriciləri azalıb - RƏSMİ

24.06.2020 Bank
0 0
"AcessBank"ın hesabatına görə bankın əməliyyat mənfəəti də əriyir.

"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 3 ay ərzində 69 mln.903 min manat azalaraq cari ilin 1-ci rübündə 25 mln. 984 min manata düşüb. Faiz gəlirlərinin bu qədər əriməsinə əsas səbəb isə bankın müştərilərə verdiyi kreditin kəskin azalmasıdır. Belə ki, bankın müştərilərə verdiyi kreditlər 3 ay ərzində 67 mln. 654 min manata düşərək 25 mln. 461 min manat olub. "AcessBank"ın banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 741 min manat azalaraq 60 min manata, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 653 min manat azalaraq 331 min manata, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 1 mln. 155 min manat azalaraq 132 manata bərabər olub. Ümumiyyətlə bankın faiz gəlirləri üzrə bütün göstəriciləri azalıb.

MÜŞTƏRİLƏRİNİ İTİRDİYİNƏ GÖRƏ FAİZ XƏRCLƏRİ AZALIB

"AccessBank"ın faiz xərcləri 3 ay ərzində 37 mln. 34 min manat azalaraq 10 mln. 722 min manata düşüb. Depozitlərini itirən bankın depozitlər üzrə faizləri 30 mln. 63 min manat azalaraq 8 mln. 944 min manat olub. Mərkəzi bank (AMB) və dövlət fondları qarşısında öhdəlikləri üzrə faiz xərcləri 58 min manat azalaraq 38 manata, cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 3 ay əzrində 6 mln. 903 min manat azalaraq 1 mln. 740 min manata düşüb.