USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Son altı ayda Azərbaycan iqtisadiyyatına yatırım edən ölkələr məlum olub

16.07.2020 İqtisadiyyat
0 0
2020-ci ilin ilk altı ayı ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 2 milyard 454,4 milyon manatı xarici müəssisə və təşkilatlar vəsaitləri ilə gerçəkləşib.

"Kommersant.az" bu barədə Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə istinadən bildirir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2174,0 milyon manatı (88,6 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, Norveç, Malayziya, İsveçrə, Rusiya və İran sərmayədarlarına məxsus olmuşdur.

Bildirək ki, 2020-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,1 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 19,4 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 84,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

  • Əvvəlki

    Meliorasiya və Su Təsərrüfatı ASC: Böyük yeyintilər, nöqsanlar və korrupsiyalaşma…

Digər xəbərlər