USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əli Əsədov sərəncam imzaladı

21.07.2020 İqtisadiyyat
0 0
Təhsil Nazirliyi Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısını və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği ilə bağlı təkliflərini hazırlayacaq.

"Kommersant.az" xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Təhsil Nazirliyi Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla iki ay müddətində Nazirlər təkliflərini Kabinetinə təqdim etməlidir.

Nazirlik eyni zamanda "Təhsil haqqında" qanuna uyğun olaraq, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısını və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.

  • Əvvəlki

    “Əşi, Azərbaycanda nə seçki e, seçki var?!”

Digər xəbərlər

01.05.2024 İqtisadiyyat
Mərkəzi Bank uçot dərəcəsini endirdi
0 0
01.05.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
01.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0