USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstan-Azərbaycan sərhədi açılır

21.07.2020 İqtisadiyyat
0 0
Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılacaq.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, yaxın günlərdə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmalarına icazə veriləcək. Vətəndaşlar hər gün saat 10:00-13:00-da sərhəd keçid məntəqələrindən ölkələrinə keçə biləcəklər.

Bildirilib ki, məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyəti qurumları arasında razılıq əldə edilib və sərhədlərin açılacağı tarix müəyyənləşdirilir.

Gürcüstana qayıdan şəxslərin 14 gün müddətinə karantində saxlanılacağı bildirilib.APA