USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Avqustun 5-dən sonra bütün məhdudiyyətləri götürə bilmərik” - VİDEO

30.07.2020 İqtisadiyyat
0 0
"Avqustun 5-dən sonra dövlət olaraq bütün məhdudiyyətləri götürə bilmərik. Məhdudiyyətlər qismən müxtəlif sahələrdə qalmalıdır”.

Bu sözləri millət vəkili Şahin Seyidzadə AzTV-də yayımlanan "Koronovirus İnfo"da deyib:

"Ancaq coğrafi və lokal təhlillər göstərməlidir ki, hansı yerdə hansı qərarlar verilə bilər.

Çox vaxt valideynlər mənə təhsillə bağlı sual verirlər ki, sentyabrın 15-dən sonra dərslər başlayacaqmı?

Azərbaycan dövləti nadir ölkələrdən biridir ki, yoluxanlar arasında uşaqların sayı, demək olar ki, sıfırdır. Biz 1 milyon 500 min şagird-müəllim kollektivini qoruya bilmişik. Bu çox ciddi bir nəticədir.

Təhlillər göstərir ki, müsbət trend var, sərt karantin rejiminin artıq müsbət nəticələri var və əhalinin də bunda çox böyük töhfəsi olub. Qaydalara riayət edən əhaliyə təşəkkür edirik.

Ancaq bizim məqsədimiz müharibəni udmaqdır və müharibə tək bizim ölkəmizdə deyil, dünyanın 190 ölkəsindədir".

  • Əvvəlki

    Azərbaycanda SMS icazə ləğv edilir

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0