USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12 milyon manat ayrılıb

30.07.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev Şəki rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (134 km)–Şirinbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, üç min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (134 km)–Şirinbulaq avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 12,0 (on iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Əvvəlki

    Azərbaycan Mərkəzi Bankı: biznesin inam indeksi neqativ zonadadır

Digər xəbərlər