USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank kreditlərinin ən baha və ən ucuz olduğu bölgələr açıqlandı (Siyahı)

30.07.2020 Bank
0 0
2020-cu ilin iyun ayına Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 14,170 mlrd. manat təşkil edib.

"Kommersant.az" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə banklar tərəfindən təklif olunan kreditlərin orta faiz dərəcəsi 11,05 %-ə bərabər olub.

Bank sektorunda regionlar üzrə verilən kreditlərin həcminə görə ilk pillələri Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonları tutur. Respublika üzrə ən az kredit Yuxarı-Qarabağ iqtisadi rayonunda verilib. Bu bölgədə kredit qoyuluşu 59,179 min manat təşkil edib.

Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Yuxarı Qarabağ iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 23.9% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 9,2% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 15,3%-ə bərabər olub.