USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lisey üzrə digər meyarlar müəyyənləşib

31.07.2020 İqtisadiyyat
0 0
Lisey ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməlidir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Ümumi təhsil müəssisələrinin növləri üzrə Meyarlar"da əksini tapıb.

Lisey üzrə digər meyarlar aşağıdakılardır:

-tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

– müvafiq təmayüllər (humanitar, texniki, təbiət və digər) üzrə tədrisin təşkil edilməsi;

– istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyənləşdirilərək liseyə qəbul edilməsi;

-fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların liseyə müsabiqədənkənar qəbul edilməsi;

-istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

– ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

– ştat sayının "Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

  • Əvvəlki

    "Express Bank" ölkə başçısının sözlərinə əməl etmədi - VİDEO

Digər xəbərlər