USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ İran Müdafiə Nazirliyinə yeni sanksiyalar tətbiq edib

22.09.2020 İqtisadiyyat
0 0
ABŞ administrasiyası İran Müdafiə Nazirliyinə qarşı yeni sanksiyalar tətbiq etdiklərini açıqlayıb.

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqtonda jurnalistlərə məlumat verib.

O, sanksiyaların İranın nüvə və silah proqramlarında əli olanların hamısına, o cümlədən Venesuela prezidenti Nikolas Maduroya şamil olunduğunu bildirib: "Sizin kim olduğunuzun fərqi yoxdur, yəni əgər İranın silah proqramına qarşı BMT-nin sanksiyalarını pozursunuzsa, özünüz sanksiya riskilə üzləşirsiniz. Bizim sanksiyalar da bunu dünya boyu hər kəsə çatdırmaq üçündür. Bu gün göstərdiyimiz səylər onların regionda və bütün dünyada terroru alovlandırmaq üçün maddi ehtiyatlar və sərvətlər əldə etmələri ehtimalının azalmasınadək davam edir".

Ölkənin müdafiə naziri Mark Esper də gələcəkdə İranın təcavüzünə hazır olduqlarını söyləyərək rəsmi Tehranı normal ölkə kimi davranmağa çağırıb.

M.Pompeo həmçinin İranın uranın zənginləşdirilməsi əməliyyatlarında iştirak etdiklərinə görə 2 nəfərin, ticarət naziri Uilbor Ross da bütövlükdə 5 nəfər iranlı tədqiqatçının sanksiya siyahısına salındıqlarını bildirib.

Report

  • Əvvəlki

    Abşeronda kapitalı 825 min olan şirkət yaradılıb

Digər xəbərlər

30.04.2024 İqtisadiyyat
Dollar ucuzlaşır
0 0
30.04.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0