USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir vəzifələri belə yazılacaq - DƏYİŞİKLİK

04.11.2020 İqtisadiyyat
0 0
Azərbaycan dilində nazir vəzifələrinin yazılış qaydası müəyyənləşib.

"Kommersant.az"-ın məlunatına görə, bu barədə Nazirlər Kabinetinin Azərbaycan dilinin Orfoqrafiya Normaları"nda dəyişiklik edilməsi barədə" qərarında əksini tapıb. Yeni qərara əsasən, nazir vəzifələri bundan sonra aşağıdakı kimi yazılacaq:

Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə (səhiyyə) və vəzifə (nazir) bildirən sözlər kiçik hərflə yazılacaq. Bundan əvvəl Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılırdı.