USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məğrur duruşu ilə Vətən müharibəsinin simvoluna çevrilən Vüsal Şahkərimov danışdı - VİDEO

05.11.2020 İqtisadiyyat
0 0
Düşmənə atəş açdıqdan sonra məğrur duruşu ilə cəmiyyətdə yeni ovqat yaradan Vüsal Şahkərimov həm ölkəmiz, həm də ailəsi üçün qürur mənbəyinə çevrilib.

"Kommersant.az" xəbər verir ki, bir ildən çoxdur ki, hərbi xidmətdə olan əsgər Vüsal Şahkərimovun mərdliyini, qorxmazlığını ailəsi və komandirləri çox gözəl bilirlər.

Qorxmazlığın simvoluna çevrilən Vüsalgilin ailəsinin sevinc içərisindədir.

Vüsalın atası İslam Şahkərimov deyir ki, yayılan videodan sonra çox sevinib. O, tam əmin olub ki, Vüsalın atdığı hər mərmi dəqiqliklə hədəfi məhv etməklə milyonlarla həmyerlimizin ürəyindən tikan çıxarır.

Qeyd edək ki, çəkiliş zamanı Vüsal Şahkərimovdan qəfil zəng gəlib. Hazırda ön cəbhədə döyüşən Vüsal "Xəzər Xəbər" vasitəsilə ən böyük arzusunu da dilə gətirib.

Vüsalın düşmənin başına od ələdiyi top "artilleriyanın snayperi" də sayılır. Dəqiqlik üçün yüksək peşəkarlıq tələb edir. Atəş zamanı yaxın məsafədə durmaq özü belə bir cəsarət istəyir. Vüsal isə bu duruşu ilə "D 30" topunun simvolu oldu. Sipərin keçilməz olsun, Azərbaycan əsgəri! Sizinlə qürur duyuruq!

  • Əvvəlki

    Putin və Lukaşenko Dağlıq Qarabağı müzakirə etdilər

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0