USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Ordusu Şuşanı götürməklə müharibənin belini qırmış olur”

05.11.2020 İqtisadiyyat
0 0
“Döyüş meydanı ilə yanaşı, diplomatik meydanda da fəal danışıqlar gedir. Görünən odur ki, Türkiyə və Rusiya hansısa formada balans yaratmalı olacaq: Rusiya-Ermənistan və Türkiyə-Azərbaycan formatında. Hesab edirəm ki, Türkiyə və Rusiya arasında razılaşma nə qədər tez olsa, bir o qədər yaxşıdır.

Bunu professor Əli Abbasov müharibə və diplomatik təmaslar haqqında danışarkən deyib.

Əli Abbasov əlavə edib ki, prosesin əsas hissəsi olan müharibə hazırda dünyanın gözü önündə baş verir, tərəflərin hansının üstün olduğunu hər kəs qəbul edir:

"Ola bilsin ki, tərəflərdən biri məsələnin tez, digəri gec həll edilməsində maraqlıdır. Reallıq odur ki, Azərbaycan hərbi uğurlar əldə edib, 30 ildir mövcud olan status-kvonu faktiki dəyişdirib. 30 ildir ki, Ermənistanın status-kvoya söykənərək çıxış etdiyi arqumentlər darmadağın edilib.

Ehtimal edirəm ki, bəzi məntəqələri, o cümlədən Şuşanı götürsək, vəziyyət kökündən dəyişəcək. Gördüyünüz kimi erməni tərəfi də oranı əldən vermək istəmir. Şuşa onlar üçün vacibdir, çünki Azərbaycan oranı tutsa, vəziyyət ikinci dəfə dəyişəcək. Onlar hətta Şuşanı saxlamaq üçün Xocavəndi də qurban verməyə hazır olarlar. Amma Şuşa siyasi rəmz kimi çox əhəmiyyətlidir.

Azərbaycan Ordusu Şuşanı götürməklə müharibənin belini qırmış olur. Bizimkilər də bu mübarizədə Şuşanın nə dərəcədə əhəmiyyətli faktor olduğunu başa düşürlər və sona qədər gedəcəklər".Teleqraf

  • Əvvəlki

    Bu üzümçülər məhsul yığımını başa çatdırıblar

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0