USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Polad Həşimovun anası: "Övladımın qisası alındı" - VİDEO

10.11.2020 İqtisadiyyat
0 0
Şuşanın işğaldan azad olunması şəhid general Polad Həşimovun anasını da qürurlandırıb. Ötən gün verilən şad xəbər onun mənən rahatlığına səbəb olub. Qəbələdə isə Vəndam qəsəbəsinin mərkəzində şəhid General Polad Həşimovun xatirə kompleksinin önünə toplaşan yüzlərlə insan bir-birlərini təbrik edib, qələbə sevinclərini paylaşıblar.

Şuşanın azad olunması xəbəri şəhid General Polad Həşimovun anasını daha çox qürurlandırıb. Səmayə Həşimova deyib ki, artıq onun övladının qisası alınıb. Üstəlik, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində mədəniyyət beşiyi olan Şuşamız azadlığına qovuşub.

General anası deyir ki, Prezident İlham Əliyevin xalqa müraciəti və şad xəbəri verməsi bütün türk dünyasını sevinc göz yaşlarını boğdu. General anasının daha bir arzusu var. Şuşaya gedib bir qarış torpağı götürərək öpmək.

Bu gün Qəbələ sakinləri də Şuşanın işğaldan azad edilməsini əsgəri ilə səngərdə döyüşən şəhid general Polad Həşimovun qisasının alınması kimi dəyərləndirirlər. Vəndam qəsəbəsinin mərkəzində şəhid generalın xatirə kompleksinin önünə toplaşan yüzlərlə insan bir-birlərini təbrik edib, qələbə sevincini paylaşıblar.

Sakinlər daha sonra Qəbələ şəhərindəki şəhidlər xiyabanına gedərək ölkəmizin azadlığı və bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar ediblər.