USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Arif Hacılı: "Çox çətin bir bərədən keçirik"

10.11.2020 Siyasət
0 0
"Azərbaycan Ordusunun zəfər yürüşünü yalnız böyük təxribatlar ləngidə bilər".

"Kommersant.az"-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı qeyd edib ki, Azərbaycanın sərhədləri yaxınlığında, gecə saatlarında, radarda görünməyən alçaq məsafədə uçan və vurulan rus helikopteri bu təxribatların anonsu ola bilər: "İndi çox çətin bir bərədən keçirik. Bütün hərəkətlərimizi ölçüb-biçməli, ayıq-sayıq olmalıyıq".