USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Naxçıvanla Azərbaycanın əsas hissəsi quru yolla birləşdiriləcək” - Prezident

10.11.2020 İqtisadiyyat
0 0
Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı bəyanatında Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təsbit edilir.

"Kommersant.az" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda burada göstərilir ki, yeni nəqliyyat, kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, dəstəkləmişik. Mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki bu bəndin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa əlaqəsi yoxdur. Şadam ki, mənim təkidli tələblərim qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı", - deyə İ.Əliyev bildirib.

  • Əvvəlki

    İlham Əliyev: "Bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir"

Digər xəbərlər