USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qarabağdakı sülhməramlılar hansı vəzifələri yerinə yetirir? - VİDEO

16.11.2020 İqtisadiyyat
0 0
İşğal edilmiş Azərbaycan torpaqlarından çıxarkən ermənilərin törətdikləri vandalizm beynəlxalq səviyyədə cinayət əməlləri hesab edilir və Ermənistan buna görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Maraqlıdır ki, Ermənistanın bu əməlləri Qarabağa yerləşdirilən sülhməramlıların gözləri qarşısında baş verir. Bəs sülhməramıların bu cinayətlərin qarşısını almağa səlahiyyətləri çatırmı? Əməkdaşımız Xəzər Əlizadə bir sıra məqamlara aydınlıq gətirməyə çalışıb.

Kəlbəcərdən köçən ermənilər evləri və meşələri yandırır, tarixi abidələrimizi və mədəni irsimizi məhv edirlər... Bütün bu cinayətlər isə Qarabağa yerləşdilən sülhməramlıların gözləri önündə baş verir.

Beynəlxalq hüquq məsələləri üzrə ekspert Əmir Əliyev deyir ki, Qarabağda sülhməramlı qüvvələr yerləşdirilsə də, bu, ermənilərin işğal etdikləri torpaqlardan köçürülərkən törətdikləri vandalizm və cinayətlərin qarşısını ala bilmir. Bunun da səbəbi odur ki, sülhməramlılara nəzarət mexanizmi hələ yaradılmayıb.

Əmir Əliyev deyir ki, BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır.

Əmir Əliyev deyir ki, beynəlxalq təcrübədə sülhməramlı qüvvələr BMT mandatlı və bu mandatdan kənar qüvvələr olmaqla münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər. Hazırda belə qüvvələr bir neçə münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər. Qarabağda da sülhməramlıların yerləşdirilməsinin hüquqi bazası Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatdır. Situasiyadan asılı olaraq sülhməramlıların missiyası öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanır.

Ekspert deyir ki, Ermənistanın Kəlbəcərdə törətdiyi vəhşiliklər və vandalizm faktları 1969-cu il Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır və Ermənistan Beynəlxalq müqavilənin pozulmasına görə məsuliyyət daşıyır.