USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məhkəmə Niyaz Niftiyevlə bağlı qərar verdi

16.11.2020 İqtisadiyyat
0 0
Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını Nizay Niftiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı verdiyi vəsaətə baxılıb.

Hakim vəsatəti təmin edib və Nizay Niftiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

Bundan başqa, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını Sahib Abışovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

Hakim vəsatəti təmin edib.

Qeyd edək ki, bu ilin aprelin 18-də Niyaz Niftiyev və Sahib Abışovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyul ayında həbs qətimkan tədbirinin müddəti 2 ay, daha sonra isə sentabr ayında isə 2 aya qədər uzadılıb.

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə yaydığı məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.

Araşdırma zamanı Niyaz Niftiyev və Sahib Abışovun martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayış satdıqları məlum olub. Bununla da Niyaz Niftiyev və Sahib Abışov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar.

İstintaqın gedişi zamanı saxta arayışların satıldığı şəxslərin də izahatları alınıb və onlar qeyd edilən saxta buraxılış sənədlərini pul müqabilində Binəqədi qəsəbə Bələdiyyəsindən əldə etdiklərini bildiriblər.

İstintaq orqanı tərəfindən Niyaz Niftiyev və Sahib Abışovun barəsində Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.