Laçın dəhlizi minalardan tam təmizləndi

18.11.2020 İqtisadiyyat
Laçın dəhlizi və Xankəndinə gedən yolun bir hissəsi minalardan tam təmizlənib.

"Kommersant.az" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bugünkü brifinqdə deyib.

"Rusiya sülhməramlı kontingentinin mühəndis bömlələri Laçın dəhlizini və Xankəndinə qədər olan yolun 28 kilometrini minalardan, partlayıcı qurğulardan, vurulmuş və sıradan çıxmış texnikadan tam təmizləyib. Bu gün saat 10:00-dan etibarən isə dəhliz mülki nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün açılıb", - deyə Konaşenkov bildirib.