USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə həftə sonu küçəyə çıxma qadağan edilib

18.11.2020 İqtisadiyyat
0 0
Türkiyədə yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri sərtləşdirilib.

"Kommersant.az"ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə birgə növbəti iclasından sonrakı çıxışında bildirib.

Prezident deyib ki, COVİD-19 infeksiyasına yoluxma sayı ölkə boyu artdığına görə, mübarizə tədbirlərilə əlaqədar bu həftənin cümə ertəsi və bazar günündən başlayaraq (saat 10.00-dan 20.00-dək xaric) həftəsonu küçəyə çıxma məhdudiyyəti tətbiq olunacaq.

Bundan başqa ölkədə yaşı 65-dən yuxarı və 20-dən aşağı olanların həftənin bütün günlər (saat 10.00-20.00 xaric) küçəyə çıxmaları qadağan ediləcək. Ticarət mərkəzləri, mağazalar, qadın və kişi bərbərxanaların fəaliyyəti də saat 10.00-dan 20.00-dək məhdudlaşdırılacaq.

Ərdoğan müvəqqəti olaraq kafe və restoranlarda yalnız paket servisinin xidmət göstəriləcəyini, kitabxana, kinoteatrlar və futbol, voleybol meydançalarının fəaliyyətlərinin dayandırılacağını, əsas küçə və meydanlarda siqaret çəkmək qadağasının davam edəcəyini, idman oyunlarının tamaşaçısız keçiriləcəyini bildirib.

Prezident Türkiyədə məktəblərin də ilin sonunadək qapalı olacağını, təhsilin distant formada onlayn davam edəcəyini deyib.