USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sülhməramlıların daha bir karvanı Xankəndiyə çatdı

30.11.2020 İqtisadiyyat
0 0
Rusiya sülhməramlılarının növbəti karvanı Rusiya-Azərbaycan sərhədindən keçərək Xankəndiyə gəlib.

"Kommersant.az" TASS -a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 28-də sülhməramlılardan ibarət şəxsi heyət, avtomobil və xüsusi nəqliyyat vasitələri, habelə digər maddi-texniki təchizat vasitələri Rusiyadan qatarla Azərbaycana yola salınıb. Sözügedən hərbi təchizat vasitələri və yüklər noyabrın 29-da Bərdə dəmir yolu stansiyasına çatıb. Daha sonra Azərbaycan hərbi polisinin müşayiəti ilə Xankəndiyə gətirilib.

Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirilib ki, hazırda bütün təmas xətti boyunca atəşkəs müşahidə edilir.

  • Əvvəlki

    Ağdamdakı evini tapan millət vəkili ağladı - VİDEO

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0