USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xırdalan dairəsi yaxınlığında dəmiryol körpüsünün tikintisi başa çatdı - FOTO

01.12.2020 İqtisadiyyat
0 0
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Kommersant.az"a verilən məlumata görə, yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metr təşkil edir.

Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni bir aşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.

  • Əvvəlki

    Laçında Azərbaycan Himni səsləndi - VİDEO

Digər xəbərlər