Diqqət: Yanvarın sonunadək...

10.12.2020 İqtisadiyyat
Gələn ilin yanvarın 31-dək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.

"Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi və çarter reyslərinin yerinə yetirilməsi davam etdirilir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusun yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda xüsusi karantın rejiminin müddətini 31 yanvar 2021-ci ilə qədər uzadıb.