USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclis avtomobilini 5 min manata satır - SİYAHI

17.12.2020 İqtisadiyyat
0 0
12 yanvar 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Satışda ümumilikdə 5 avtomobil olacaq.

Milli Məclisinin İşlər İdarəsinin balansında olan "Nissan Maxima" markalı nəqliyyat vasitəsi 5 040 manata təkrar hərraca çıxarılır.

Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokurorluğu balansında olan nəqliyyat vasitələri ("Volkswagen Passat" markalı 2 nəqliyyat vasitəsi) satışda olacaq.

Bundan əlavə Suraxanı Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi ("Nissan Maxima") 6 000 manata və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar cəmiyyətinin balansında olan nəqliyyat vasitəsi (Toyota Land Cruiser) 27 900 manata təklif olunacaq.

1-ci sətirdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

2-ci sətirdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar cəmiyyətinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

3-4-cü sətirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

5-ci sətirdə Suraxanı Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

  • Əvvəlki

    Mehman Məmmədov İlham Əliyevin tapşırığına məhəl qoymur - HESABAT

Digər xəbərlər