Qarabağ Azərbaycandır!

Mehman Məmmədov İlham Əliyevin tapşırığına məhəl qoymur - HESABAT

17.12.2020 Bank
Ölkə başçısı İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib ki, banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər.

“Kommersant.az” bankın hesabatına istinadən xəbər verir ki, bu müşavirə keçirilən zaman M.Məmmədov “Express Bank”da İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.

“Biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə baxın biznes kreditlərinin verilməsində hansı mexanizm olmalıdır ki, banklar burada maraqlı olsun. Həm də Mərkəzi Bank buna nəzarət etsin. Biz bunu başlı-başına buraxa bilmərik. Əlbəttə bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir”, - deyə ölkə başçısı müşavirə zamanı bildirib.

İ.Əliyevin sözlərinə əməl etməyən və ya dərs çıxarmayan “Sarı bank”ın rəhbəri son rübdə istehlak kreditlərini artırıb. Bu da öz növbəsində problemli kreditlərin həcmini artırıb. Güman edilir ki, M.Məmmədov baş verəcək devalvasiyada yenidən banklara güzəşt olunacağını və bununla da bankın problemlərini həll edəcəyini düşünür.

Ölkə başçısının sözlərindən sonra tam əks hərəkət edən “Sarı bank” biznes kreditlərini azaldıb, istehlak kreditlərini isə artırıb. Belə ki, M.Məmmədovun rəhbərlik etdiyi bank cari ilin 2-cü rübündən etibarən biznes kreditlərini 3 mln. 303 min manat azaldaraq 64 mln. 61 min manata endirib. Bundan başqa isə istehlak kreditlərini 6 mln. 902 min manat artıraraq 127 mln. 21 min manata yüksəldib. Nəticədə bankın istehlak kreditləri üzrə gecikmiş borcu (problemli krediti) 4 mln. 405 min manat artaraq 19 mln. 965 min manata yüksəlib. Bunun da böyük əksəriyyəti 1 il və daha çox gecikmələrin payına düşür ki, bu müddət ərzində 4 mln. 432 min manatlıq artım müşahidə olunub.

Ardı Var...