USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SMS-icazə 4 saat olacaq?

19.12.2020 İqtisadiyyat
0 0
Azərbaycanda "sms icazə" bildiyimiz kimi 3 saatlıq müddəti əhatə edir. Operativ Qrargahın təsdiqlədiyi karantin qaydalalarında insanlar tibbi, ərzaq ehtiyaclarını və s. bu müddətdə etməlidirlər. Çox vaxtı ayrılmış bu vaxt heç kimə bəs etmir. Bunu demək üçün avtobus dayanacaqlarına baxmaq kifayətdir. Yəni mənzil başına çatmaq üçün saatlarla dayanacaqda gözləmək və ünvana çatmaq ayrılmış həmin saata bəs edir.

"Sms icazə"nin saatının artırılacağı müzakirə mövzusudur. Yən bu müddət 4 saatı əhatə edə bilərmi?

Deputat Fazil Mustafa danışıb: "Bu məsələlərlə bağlı səsləndirdiyimiz təklifləri nə dinləyən, nə də əhəmiyət verən var. Ona görə də bu məsələ ilə bağlı fikir söyləməyi də doğru hesab etmirəm. Biz deputat olaraq təkliflərimizi səsləndirib, veririk. Düşünürük ki, yalnız cərimələri artırmaqla məsələ həll olunmaz. Vətəndaşıların bütün kateqoriyasını düşünmək lazımdı. Bü gün kiminsə işlətdiyi mağazaya 3 saat müddətində müştəri daxil ola, ya olmaya. Bunu bağlamağın nə əhəmiyyəti var?

Sms icazənin 4 saat olması məsələsi bir az əsaslandırılmış məsələdir. Avtobus gözləmək, postlardan keçmək xeyli vaxt aparır. Bizdə ictimai nəqliyyat və başqa sektorlar elə də mükəmməl vəziyyətdə deyil ki, vətəndaşın Avropada olduğu kimi hansısa vaxt müddətində harasa çatmasını təmin etsin. Hər halda müəyyən məhdudiyyətlər lazımdır, amma bu məhdudiyyət ciddi şəkildə düşünülməlidir ki, insanlar yoxsullaşmasın. Fərdi qaydada çalışan yüzlərlə insan var. Onlar bir gün işləməyəndə və evinə çörək apara bilməyəndə ona sosial müavinət da verilmir. Nəticədə, bu adam ac qalmalıdır. İnsan da ac qalanda xəstələnir.

Mürəkkəb məsələdir. Məsələnin sistemli, daha oturuşmuş qaydada tətbiq edilməsi ənənəsi hiss olunmur. Belə olsaydı, cəmiyyətdən gələn təklifləri diqqətlə izləyib, qərarlar verərdilər. Optimal qərarların verilməsi lazımdır ki, əhali həm virusdan qorunsun, həm də maddi cəhətdən yoxsullaşmasın".Sonxəbər

  • Əvvəlki

    Koronavirus xəstələrinin adı niyə 14 gündən sonra sistemdən çıxarılır? - Rəsmi açıqlama

Digər xəbərlər