USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvan-İran sərnişin qatarı ilə bağlı - MÜHÜM XƏBƏR

22.12.2020 İqtisadiyyat
0 0
Naxçıvan Muxtar Respublikası ilə İran arasında sərnişin qatarının tezliklə yenidən fəaliyyətə başlaması ilə bağlı müzakirə aparılır.

"Kommersant.az" xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami İranın şimal-qərbində Şərqi Azərbaycan vilayətində Təbriz-Səhənd avtomagistral yolunun istismara verilməsi ilə əlaqədar tədbirdə deyib.

M.Eslaminin sözlərinə görə, İran və Naxçıvan arasında dəmiryol xətti böyük əhəmiyyət kəsb edir.

O, əlavə edib ki, Təbriz dəmiryolu xətti Avropa və Şimali Qafqazla əlaqə qurmaq üçün çox münasib yoldur:

"Son vaxtlar bununla əlaqədar İran, Azərbaycan və Rusiya arasında üçtərəfli anlaşma əldə olunub".

Qeyd edək ki, Naxçıvan-İran sərnişin qatarları koronavirusla əlaqədar fəaliyyətini dayandırıb.Trend

  • Əvvəlki

    Sabahın hava proqnozu açıqlandı

Digər xəbərlər

11.07.2025 İqtisadiyyat
Asiya fond bazarları qarışıqdır
0 0
11.07.2025 İqtisadiyyat
Lirənin bu günə olan məzənnəsi
0 0
11.07.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0