USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu banka yeni sədr təyin olundu - FOTO

22.12.2020 Bank
0 0
"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub. Bankın Müşahidə Şurasının qərarına əsasən, bu vəzifəni Anar Həsənov tutacaq və 5 yanvar 2021-ci il tarixindən fəaliyyətə başlayacaq.

Hazırda və bu ilin sonuna qədər A.Həsənov "Access Bank" QSC-nin İdarə Heyətinin sədridir.

Daha əvvəl "Yelo Bank"da bu vəzifəni bankda fəaliyyətini bu ilin oktyabrında dayandırmış Nikoloz Şurqaia tuturdu. Hazırda İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti olaraq Emil Duşdurov, İdarə heyətinin üzvü və bankın maliyyə üzrə baş direktoru icra edir.