USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənistanda səfərbərlik elan edildi - Hökumət qərar verdi

24.12.2020 İqtisadiyyat
0 0
Ermənistanda dekabrın 25-dən 2021-ci il yanvarın 20-dək hərbi həkimlərin səfərbərliyi elan olunub.

"Kommersant.az"ın xəbərə görə, bununla bağlı bu gün hökumətin iclasında qərar verilib.

Ermənistan silahlı qüvvələrinin ehtiyat zabitləri sırasında olan 35 yaşadək həkimlər səfərbər ediləcəklər. Qərara əsasən, onların xidmət müddəti 2 ildir. Bu qərarla ehtiyat zabit korpusunda olan 70-ə qədər tibb mütəxəssisi səfərbərliyə cəlb olunacaq.

Eyni zamanda, dekabrın 31-də hərbi xidmətini başa vurmuş ehtiyatda olan zabitlər tərxis olunacaqlar.

Müvafiq qərara əsasən, ehtiyatda olan zabit heyəti arasında xidmətdən yayınanlar cinayət məsuliyyətinə cəlb ediləcək. Bu şəxslərin barəsində cinayət işi başlanması üçün onlarla bağlı materiallar Ermənistan İstintaq Komitəsinin müvafiq şöbəsinə göndəriləcək.

APA

  • Əvvəlki

    Elman Rüstəmov: “Manatın məzənnəsi qorunub saxlanılıb”

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0