USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elman Rüstəmov: “Manatın məzənnəsi qorunub saxlanılıb”

24.12.2020 Bank
0 0
“Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində manatın məzənnəsi qorunub saxlanılıb”.

"Kommersant.az"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

MB sədri bildirib ki, cari ildə uçot dərəcəsi endirilib: "2018-ci ildən bəri iqtisadiyyata pul təklifi 50%-dən çox artıb. Bu da ödəniş sisteminin fasiləsiz işinin təmin olunmasına şərait yaradıb. Kredit faizləri 5,5% düşüb. Cari ildə bank sektorunun sağlamlaşdırılması üçün radikal addımlar atılıb, 4 bank bağlanıb. Bağlanmış banklar nəzərə alınmaqla, banklarda istehlak kreditləri azalsa da, biznes və ipoteka kreditləri artıb".