“GÜLAY” ASC səhmdarlarının (təkrar çağırış) növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Kommersant.az" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin elanında məlumat verilir.
Məlumata görə səhmdarların toplantısında "GÜLAY" ASC-nin ayrılma qaydasında yenidən təşkili və digər təşkilati məsələlər müzakirə ediləcək.
Qeyd olunur ki,səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan saat 17.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 nömrəli ünvanda inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilər.