USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə və Gürcüstanı İrana dəyişən azərbaycanlı turistlərin sayı artıb - 15,4 faiz

22.06.2018 İqtisadiyyat
0 0
Bu il İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb, Türkiyə, Gürcüstan, Rusiyaya gedənlərin sayı isə azalıb.

"Komersant"ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 1645,6 min nəfər olub.

Ölkə vətəndaşlarının 30,7 faizi Gürcüstana, 28,5 faizi İrana, 21,7 faizi Rusiya Federasiyasına, 12,3 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,3 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 69,6 faizi kişilər, 30,4 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 15,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 11,7 faiz, Gürcüstana gedənlərin sayı 2,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,7 faiz azalıb.

Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 80,3 faizi dəmir yolu və avtomobil, 18,8 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

  • Əvvəlki

    “Rusiya 2018”: Nigeriya İslandiyanı məğlub edərək 8/1 finala yüksəlmək şansını artırıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0