USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beyləqanda kombayn və taxıl sahəsi yanıb

22.06.2018 Hadisə
0 0
Beyləqanda yanğın hadisəsi qeydə alınıb.

"Kommersant"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Beyləqan rayonunun Bolsulu kəndində “Klass” markalı kombaynın mühərrikinin yanar hissələri və 2 ha biçilmiş taxıl sahəsi yanıb.

Kombaynın qalan hissəsi və digər sahələr yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.