USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəhid müavinətləri ailədə necə bölünməlidir? - Hüquq müdafiəçisi

05.02.2021 İqtisadiyyat
0 0
"Dövlət tərəfindən şəhid ailələrinə verilən müavinət şəhidin həyat yoldaşı ilə anasına düşür”.

Bunu açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Novella Cəfəroğlunun fikrincə, şəhid ailələri arasında razılaşma da mümkündür:

"Ailələr öz aralarında razılaşa da bilərlər. Əgər ailədə kiçik yaşlı uşaqlar varsa, onlar bunu nəzərə almalıdır. Şəhidin ata-anası həmin müavinəti öz istəyi ilə övladının uşaqlarına verməlidir".

Hüquq müdafiəçisi təklif edib ki, əgər şəhidin ailəsində bir neçə kiçik yaşlı uşaq varsa, həmin müavinət onların sayına görə bölünməlidir:

"Hərəsinə bir pay düşməlidir. Çünki qadının himayəsində körpə uşaqları var".

Qaynarinfo