USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan-İtaliya Universiteti harada açılmalıdır? - RƏYLƏR

05.02.2021 İqtisadiyyat
0 0
İqtisadçi ekspert Natiq Cəfərli Azərbaycan-İtaliya Universitetinin Baklda deyil, işğaldan azad edilən şəhərlərin birində açılmasını təklif edib.

"Kommersant.az" xəbər verir ki, ekspert bunun əlavə iş yerlərinin açılmasına, iqtisadi fürsətlərin yaramasına səbəb olacağını bildirib:

"İdeya əladır, əvvəl təkliflər də etmişik ki, nüfuzlu universitetlərin Azərbaycanda açmalıyıq, amma Baklda yox - işğaldan azad edilən şəhərlərin birini tələbə şəhərinə çevirmək lazımdır. Bu həm əlavə iş yerləri, iqtisadi fürsətlər, həm də "ağıllı məskunlaşma" demək olardı".

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən deputat Ceyhun Məmmədov isə hesab edir ki, Qarabağda universitetlər yaranarkən təyinatı əsas götürülməlidir:

"Qarabağda hansısa universitetin filialı və ya ayrıca bir universitet yaradıla bilər. Qarabağda universitetlərin yaradılması ilə bağlı ayrı-ayrı qurumların müəyyən planlar var".

Millət vəkili bildirib ki, layihədə əsas diqqət çəkən məqam həmin ali məktəbdə hansı istiqamətlər üzrə mütəxəssislər yetişdirilməsidir:

"Universitet əsasən texnologiya sahəsində kadrlar yetişdirəcəksə, hesab edirəm, bu, daha çox müəssisələrin, zavodların fəaliyyət göstərdiyi ərazilərdə yerləşməli və yaradılmalıdır. Bizdə Sumqayıt Texnologiya Müəssisəsi və texnopark var və ora kadrlar lazımdır. Əgər bu universiteti bitirənlər gedib həmin müəssisələrdə çalışacaqlarsa, hesab edirəm ki, təcrübə baxımından həmin ərazilərə yaxın yerdə açılmalıdır. Əsas meyar, prinsip kimi onu götürməliyik ki, bu tələbələr praktika keçəcəklər, müəyyən istehsalat müəssisələrinə gedəcəklər. Ona görə burada bu amil nəzərə alınmalıdır".

Qaynarinfo

  • Əvvəlki

    İşıqforlarla bağlı yeni qərar - BNA açıqladı

Digər xəbərlər